“Boşanmaların qarşısını almaq üçün ailə böyükləri ilə iş aparılmalıdır” – Ekspertdən HƏYƏCAN TƏBİLİ – VİDEO
“Müasir gənclərin bir çoxunun müstəqil qərar vermək iddiası çox vaxt neqativ sonluqla nəticələnir”.
Cəmiyyətimi ciddi şəkildə narahat edən problemlərdən biri də xüsusilə, son dövrlərdə boşanmaların sürətlə çoxalmasıdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il boşanmaların sayı orta hesabla 1,5-dən 1,7 dəfəyə qədər artıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 9 min 793 boşanma qeydə alınıb. Bu statistikada ön yerləri Bakı (2508), Sumqayıt (370), Gəncə (358) şəhərləri və Ağdam (210), Masallı (176) rayonları tutur.
Göründüyü kimi, boşanmalarla bağlı statistikanın ildən-ilə artması sosial bəla həddinə çatan bu problemin dərinləşməsinə təsir göstərən amilləri önə çıxarır.
Bu mövzunu Yenicag.az-a şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı problemin həll yollarından ətraflı danışıb.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Gülşən Şərif