Mənzillərin təmiri zamanı diqqət edilməli MƏQAMLAR: "Ən adi səhv belə ciddi problemlə nəticələnə bilər" - VİDEO
“Yeni tikilən binaların təmirsiz mənzilləri bəzən köhnə təmirli mənzillərdən daha baha başa gəlir”.
Bunu Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. 
O, mənzillərin təmiri zamanı yol verilən ciddi yanlışlıqlardan danışıb:
“Mənzili tikinti şirkəti təmir edib satdığı halda, istifadə olunan bütün tikinti materiallarına görə məsuliyyət birbaşa həmin şirkətin üzərinə düşür. Vətəndaşlar mənzili özləri təmir edərkən otaqların layihələrində dəyişikliklər edirlər. Bu isə binanın daşıyıcı konstruksiyasına mənfi təsir göstərir. Mətbəx və sanitar qovşaqların yerinin dəyişdirilməsi zamanı qaz və su xətlərinin də yerlərinin dəyişdirilməsi, havalandırma sisteminin düzgün quraşdırılmaması böyük təhlükələr yaradır. Burada buraxılan ən adi bir səhv belə ciddi problemlə nəticələnə bilər. Vətəndaşlar təmir işlərini yalnız etibarlı və lisenziyalı şirkətlərə həvalə etməlidir.
Bir neçə il əvvəl tikilmiş binalardakı təmirli mənzillər hazırda tikintisi davam edən yeni binalardakı təmirsiz mənzillərdən daha ucuz başa gəlir. Bu fərqin əsas səbəbi həmin dövrdə əmlak bazarında qiymətlərin daha aşağı olması ilə bağlıdır”.
Ətraflı videomaterialda:
Samir Məcid
Səxavət Əliyev












