!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Boşanmaların sayı azı iki dəfə artacaq" - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“İstəsək də, istəməsək də boşanmaların sayı azı iki dəfə artacaq”.

Bunu Yenicag.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu koronavirusa görə dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi səbəbindən günü-gündən artan boşanmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məcburiyyətdən bütün vaxtlarını birlikdə keçirən cütlüklər arasındakı problemlər boşanmalara qədər gətirib çıxarır:

“İnsan özünü maksimum dərəcədə fərdi izolyasiya etməlidir ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, artıq bu, baş verəcək və cütlüklər bir-birlərindən bezməyə başlayacaqlar”.

Psixoloq bunun qarşısını almaq üçün çıxış yolunu da göstərib:

“Hər gün işə gedirmiş kimi eyni saatda oyanmaq və vaxtında qidalanmaq lazımdır. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla gündəlik məşğuliyyətini təmin etmiş olar.

Cütlüklərin hər ikisi işləyən şəxsdirsə, əvvələr hər ikisi vaxtını evdən kənarda keçirirdisə, gündəlik proqramlarını ona uyğun olaraq, fərdi şəkildə qurmalıdır. Əks halda bu, maksimum dərəcədə ünsiyyət doyumluluğuna gətirib çıxarar”.

Psixoloq həyat yoldaşı evdar xanım olan kişilərə də məsləhət verib.

“Xanım evdə qalırsa, artıq evlə bağlı hər hansı bir proqramı, gündəlik rejimi var və həyat yoldaşının mütəmadi evdə qalması onun bütün proqramını pozur. Belə olduğu halda, xanım çalışmalıdır ki, gərginliyi biruzə verməsin və bu da böyük münaqişələrə gətirib çıxarmasın. Kişilər, siz isə xanımlarınızın günlük proqramına çalışın, az müdaxilə edin, çünki bu, onlarda qıcıq yaradacaq”.

Aslı İsmayılzadə

www.yenicag.az

2897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv