Böyük Britaniyadan Azərbaycana MÜHÜM DƏSTƏK: Hərbi əməkdaşlıq üçün "Yaşıl işıq" YANDI

media-hightechnic-468x90

“Böyük Britaniya müdafiə sahəsində qabaqcıl, inkişaf etmiş və kifayət qədər geniş imkanlara malik ölkələrdəndir. Bu da ikitərəfli əməkdaşlıq kontekstində Azərbaycan üçün vacib imkanlar yaradır”.

media-16543588383913955750_1200x630-1

Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunun ləğvini şərh edərkən deyib.

O bildirib ki, hər iki ölkə arasındakı əlaqələrin qədim tarixi var:

“Əlaqələrimizin qurulmasından təxminən 500 ilə yaxın vaxt keçib. Demək olar ki, bütün dövrlərdə Azərbaycanla Böyük Britaniya arasında münasibətlər müsbət məcrada inkişaf edib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra da bizi tanıyan dövlətlər arasında İngiltərə ilk sıralarda yer alıb. Bir çox sahələrdə ikitərəfli münasibətlərin inkişafını əks etdirən bəyannamələr və sazişlər imzalanıb. Hazırda Böyük Britaniya ilə münasibətlərimiz dinamik templə inkişaf edir. Bu, həmçinin hər iki tərəfin silahlı qüvvələrinin əməkdaşlığına, strateji tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək”.

Ekspert vurğulayıb ki, son aylarda tərəflər arasında intensiv əməkdaşlıq perspektivləri, regional və qlobal təhlükəsizlik və digər maraq doğuran ortaq məsələlər geniş şəkildə müzakirə olunur:

“Qeyd olunduğu kimi, Böyük Britaniya Azərbaycana qarşı müəyyən məhdudiyyətləri aradan qaldırır. Bu, təbii ki, hər iki ölkə arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq üçün mühüm imkanlar yaradacaq. İngiltərə müdafiə sahəsində qabaqcıl inkişaf etmiş ölkələrdəndir. Həmçinin bu qərar Azərbaycan və Böyük Britaniya arasında hərbi sahədə təcrübə mübadiləsinin keçirilməsinə imkan yaradacaq. Embarqonun ləğvi həm Azərbaycan, həm də Böyük Britaniya üçün faydalıdır. Tərəflər bir-birinin imkanlarından qarşılıqlı şəkildə istifadə edəcəklər”.

Qeyd edək ki, Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa