Böyük ölçülü “iPad”in buraxılışı təxirə salındı

media-hightechnic-468x90

16750“Foxconn Technology” şirkəti “Apple”-ın yeni qurğularının istehsalını çatdıra bilmir və böyük ölçülü “iPad”in buraxılışı təxirə salınacaq.

“Apple” planşetlərin buraxılışını “iPhone 6 Plus” planşetofonunun istehsalında olan problemlərlə bağlı təxirə salır. Qeyd edək ki, öncə şirkət böyüdülmüş “iPad”in buraxılışını bu ilin dekabr ayına planlaşdırmışdı.

“Hazırda bizim əsas məqsədimiz böyük ekranlı smartfonlara olan tələbatı təmin etməkdir. Hazırda 5,5 düymlük ekrana malik olan “iPhone 6 Plus”un buraxılış templəri qənaətbəxş deyil. Displey istehsalçıları üçün resurslarını iki hissəyə bölmək və böyük ekranlı yeni planşetlərin istehsalına bir neçə ay sərf etmək çətin olacaq”, – deyə şirkətdən olan mənbə bildirib.
Hazırda “Apple” mobil qurğularının əsas istehsalçısı “Foxconn Technology” yeni smartfonların istehsalı üçün işçi çatışmazlığı yaşayır, halbuki istehsala 200 mindən çox əməkdaş cəlb edilib.

Qeyd edək ki, oktyabrın 16-da “Apple” şirkəti yeni “iPad Air” və “iPad Mini” planşet modellərini bazara çıxaracaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600