“BP-Azerbaijan” şirkətində ixtisarlar başlayıb
“BP-Azerbaijan” şirkətində ixtisarlar başlayıb və iki nəfər qanunsuz olaraq işdən çıxarılıb”.
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlamasında bildirib.
Komitə sədrinin sözlərinə görə, qanun pozuntusu BP-nin Təchizat Bazasında (ASCO) qeydə alınıb:
“Bu barədə şikayət ərizəsi yeni daxil olub. Hüquqşünas araşdırıb. ASCO şirkəti tərəfindən əmək qanunvericiliyi pozulub. Şirkət rəhbərliyi iki nəfər işçisini ixtisar adı ilə işdən qeyri-qanuni azad edib. Sənədlər məhkəməyə hazırlanır”.
Mirvari Qəhrəmanlı məhkəmə prosesi haqqında əlavə məlumatların veriləcəyini deyib(aznews.az).