Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 44 571 nəfər yoluxub.
Yenicag.az-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri ötüb.
Bildirilir ki, ötən surka ərzində koronavirusdan 1 223 nəfər ölüb, ölənlərin ümumi sayı təxminən 68 min təşkil edir.
Qeyd edilir ki, hazırkı dövrədək koronavirusdan 1 milyondan artıq insan sağalıb.