Braziliyalı məşqçi Azərbaycan voleybol klubunun baş məşqçisi təyin edildi

media-hightechnic-468x90

“Gəncə” voleybol klubu braziliyalı məşqçi ilə razılaşdı

Yenicag.az xəbər verir ki, “Gəncə” voleybol komandası, baş məşqçi postuna braziliyalı mütəxəssis Rafael Petrinini gətirib. Klub rəhbərliyi 44 yaşlı çalışdırıcı ilə birillik müqavilə imzalayıb.

Petri 23 illik peşəkar təcrübəyə malikdir. O, son olaraq Perunun “Alianza Lima” klubunu çalışdırıb və 2023/2024 mövsümündə klubu 31 ildən sonra ilk dəfə ölkə çempionu etməyə nail olub.

Təcrübəli mütəxəssis indiyədək Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada bir sıra klubları çalışdırıb. Bundan əlavə, o, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına rəhbərlik edib.

Petri həmçinin 2020–2022-ci illər ərzində Meksika milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Bu transfer “Gəncə” klubunun qarşıdakı mövsüm üçün iddialı planlarının göstəricisi kimi qiymətləndirilir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600