Braziliyanın yeni prezidenti məlum oldu

media-hightechnic-468x90

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu eks-prezident Luiz İnasio Lula da Silva 50,83 faiz səslə qalib gəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir  ki,  Ali Seçki Məhkəməsinin (TSE) açdığı seçki qutularının nəticələrinə görə, Lula 50,83 faiz, rəqibi prezident Jair Bolsonaro isə 49,17 faiz səs toplayıb.

TSE-nin seçki nəticələrini paylaşdığı internet saytında seçkinin riyazi şəkildə tamamlandığı bildirilib.

Lula öz “Twitter” hesabında “Demokratiya” qeydi olan Braziliya bayrağını paylaşıb.

Luiz İnasio Lula da Silva 2023-cü il yanvarın 1-dən prezident postunu Bolsonarodan təhvil alacaq.

Qeyd edək ki, Lula da Silvanın 77 yaşı var. O, beş dəfə prezident seçkilərində iştirak edib. Lula 1989, 1994 və 1998-ci illərdə seçkilərdə məğlub olub. 2002,  2006-cı ildə isə prezident yenidən seçilib.

2018-ci ildə o, korrupsiyada təqsirli bilinib və həbs edilib.  Da Silva təqsirsizliyində israr edib və ittihamı siyasi motivli adlandırıb.

2019-cu ilin sonunda siyasətçi həbsdən azad edilib, 2021-ci ilin martında isə məhkəmə ona tam bəraət verib və hökmü ləğv edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05