!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Breksit” labirinti”: Tereza Mey iki “od” arasında qalıb

!Reklam – Yazi

Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin perspektivi Birləşmiş Krallıqda siyasi böhran yarada bilər.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bu qurumla əməkdaşlığı davam etdirməsinin tərəfdarları arasında fikir ayrılıqlarının qabarması hakim Mühafizəkarlar Partiyası daxilində gərginliyi artırıb.

Mühafizəkarların bu məsələyə dair mövqeləri o dərəcədə haçalanıb ki, artıq partiyada lider dəyişikliyi məsələsi aktuallaşıb və hətta ölkədə ciddi siyasi böhranın yarana biləcəyinə dair xəbərdarlıqlar səslənir.

Hazırda Böyük Britaniyanın baş naziri, həmçinin Mühafizəkarlar Partiyasının lideri Tereza Mey Aİ ilə bağları qırmaq və bu qurumla inteqrasiyanı dərinləşdirmək tərəfdarlarının sərt təzyiqləri ilə üzləşib.

Məsələn, Britaniyanın keçmiş xarici işlər naziri, “Breksit” tərəfdarlarının lideri olan Boris Conson baş naziri ölkəni “Brüsselə təslim etməkdə” günahlandırıb. Aİ ilə əməkdaşlıq tərəfdarı olan qrupun əsas fiquru sayılan parlamentin deputatı Nik Bouls isə Tereza Meyin inteqarsiya ilə bağlı mövqeyini yetərsiz sayaraq, öz təkliflərini irəli sürüb.

Yaranmış durumu təhlil edən ekspertlərin fikrincə, Mühafizəkarlar Partiyasının daxilində baş qaldıran gərginliyin artıb-azalacağı Aİ ilə münasibətlərə aydınlıq gətiriləcəyi qarşıdakı iki ay ərzində bilinəcək.

Qeyd edək ki, bu il sentyabrın sonu – oktyabrın əvvəlində Mühafizəkarlar Partiyasının illik konfransı keçiriləcək. Aİ-nin oktyabrın 22-23-də baş tutacaq sammiti çərçivəsində gözlənilməz nəsə baş verməsə, Böyük Britaniyanın qurumdan çıxması və gələcək münasibətlər haqqında ikitərəfli saziş layihəsi hazırlanmalıdır. Daha sonra Britaniya parlamenti həmin sazişi təsdiq etməlidir.

Mühafizəkarlar Partiyasının illik konfransında lider seçkiləri nəzərdə tutulmasa da, nümayəndələrin əksəriyyəti Meyin təklifləri ilə razılaşmasa, bu, baş nazirin mövqeyinin sarsılması demək olacaq.

Eyni zamanda, Aİ ilə danışıqların uğursuzluğu da Meyin məğlubiyyəti kimi dəyərləndiriləcək. Aİ ilə inteqrasiya tərəfdarları əmindirlər ki, belə olan halda Britaniya iqtisadiyyatına əhəmiyyətli zərbə dəyəcək.

www.yenicag.az

2205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv