!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BRİKS-in Azərbaycana verə biləcəyi iqtisadi faydalar nələr olacaq?

!Reklam – Yazi

“BRİKS ölkələri həddən artıq böyük olmaqla yanaşı, həm də böyük yeddiliyə alternativdir”.

Bunu Yenicag.az-a açıqlamasında BRİKS-in Azərbaycana verə biləcəyi iqtisadi töhfələrdən danışan iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu təşkilatın ölkəmizə böyük iqtisadi xeyir verə biləcəyini söyləmək doğru olmaz.

“Çünki BRİKS özü hələ təşkilatlanmayıb. Yəni oraya üzv olmaq qaydaları, onlara verilən imtiyazlar barədə yazılı heç bir qayda yoxdur. Eyni zamanda, Avropa Birliyinə bənzəmir ki, deyək, məhsul hərəkəti pulsuz olacaq. Yaxud bu zonada insanlar sərbəst hərəkət edəcək. Hətta təşkilat üzvlərinin bir-birinə qarşı güzəştli tarifləri belə yoxdur. Yəni hazırda BRİKS sanki məsləhət şurasına bənzəyir”, – deyə o qeyd edib.

BRİKS-in ölkəmizə maraqlı olması sualına aydınlıq gətirən mütəxəssisin sözlərinə görə, öncə nəzərə almaq lazımdır ki, bu quruma üzv olan ölkələr həddən artıq böyük olmaqla yanaşı, həm də böyük yeddiliyə alternativdir.

“Həmçinin iqtisadiyyatları da sürətlə inkişaf edir. Alıcılıq paritetinə görə Çin və Hindistan dünyanın birinci və üçüncü iqtisadiyyatları sayılır. Həmin ölkələrlə əməkdaşlıqla həm turizm, həm investisiyaların, həm də texnologiyaların cəlbi sahəsində yüksək inkişaf əldə edə bilərik. Yəni ikitərəfli əlaqələr müsbət faydalar gətirə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv