Brilliantdan ATMACA: “Bu jezofriniya əlamətidir”
“Başqasının uğuruna hirslənmək, uğurunun qarşısını kəsmək və kömək etməmək jezofriniya əlamətidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Gün ortası” verilişində deyib.
Müğənni başqasının uğurunu həzm edə bilməyən və həmkarlarının yolunu kəsən ifaçılara səslənib.
Sənətçi, eyni zamanda, dolanışıq naminə bayağı mahnılar oxuyanları qınamadığını da qeyd edib:
“Sənəti cırmaqlaşma yerinə, zooparka çevirdiniz. Baxmayaraq ki, biz pul verib mahnını alırıq, amma yenə də bu sözü başqalarına demərəm. Elə bir dövrə gəlib çıxdıq ki, hamı sənətdə bir parça çörəkpulu qazanmaq istəyir. O çörəkpulu məsələsinə gələndə mən də susaram, o yerdə heç nə deyə bilmərəm”.
Nehru












