Brüsseldə Azərbaycan–Ermənistan sülhü müzakirə edildi

media-hightechnic-468x90

“Cənubi Qafqazda sülh əldə edilə bilər. Sülh sazişi həm Ermənistan, həm də Azərbaycan üçün yeni tərəqqi dövrünü başlada bilər. Ümid edirik ki, Azərbaycan bu təklifi tezliklə qəbul edəcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən “Sülhün kəsişməsi: Regional bağlılıq tərəqqiyə aparan yol kimi” adlı konfransda çıxışı zamanı “Rasmussen Global”ın təsisçisi və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib.

Rasmussen Aİ-nin Cənubi Qafqazda sülh quruculuğu prosesində rolunun vacibliyinə toxunub: “Avropanın prioriteti Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına, eləcə də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dəstək olmalıdır”.

Konfrans zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan, Azərbaycan və ABŞ liderləri tərəfindən imzalanmış 8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməni xatırladıb. Qriqoryan bildirib ki, bu, sülh və rifahın əsasını qoyan tarixi hadisə, regionun blokdan çıxarılmasında həlledici addımdır.

Onun fikrincə, davamlı sülh o zaman mümkündür ki, o, qarşılıqlı iqtisadi maraqlar və siyasi iradə ilə müşayiət olunsun.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa