Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib - SƏBƏB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün Səhiyyə Nazirliyinə müraciət etməsi məsələsinə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, BŞHİ-dən bu kimi yoxlamaların pandemiya başlayan dövrdən ara-sıra həyata keçirildiyi bildirib:

“Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işin xüsusiyyətlərinə görə, çox vaxt insanlar arasında fəaliyyət göstərdikləri üçün pandemiya başlayan dövrdən ara sıra bu kimi tibbi yoxlamalardan keçiblər. Bu dəfəki yoxlama da növbətilərdən biridir və ehtiyac yaranarsa planlı şəkildə gələcəkdə də həyata keçiriləcək”.

BŞİH əlavə olunub ki, bu günə kimi əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb./Trend/

www.yenicag.az

352