!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BŞİH Qarabağ Komitəsinin mitinqinə "yox" dedi - FOTO

!Reklam – Yazi

Qarabağ Komitəsinin təyin etdiyi mitinqə rədd cavabı gəlib.

Yenicag.az xəbər verir ki, Qarabağ Komitəsinin “Hər kəs Qarabağ, hər yerdə Qarabağ” mitinqini keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti cavablandırılıb.

Bu gün BŞİH Qarabağ Komitəsinin müraciətinə “yox” cavabı verib.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar möhtərəm prezidentimiz cənab İlham Əiyev ölkə daxilində və beynəlxalq miqyasda iş aparır.

Eyni zamanda qeyd edirik ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə bu məsələlər KİV-də işıqlandırılır”,- deyə BŞİH-in qərarında qeyd olunub.

Onu da bildirək ki, Qarabağ Komitəsi mitinqi 17 fevral 2019-cu il saat 15:00-da “Məhsul” stadionunda təyin etmişdi.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv