!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"BTQ-nin açılışı ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir” – Azər Verdiyev

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib.

Mərasim Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Tarixi hadisəyə münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev bu hadisəni yeni iqtisadi dövrə keçid kimi dəyərləndirib:

“Bu dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq. Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək.Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda ba biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Bütövlükdə, hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.”

www.yenicag.az

1905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv