Avropada ikinci əl avtomobil bazarında kəskin artım müşahidə edilir. Avropadakı bahalaşma Azərbaycana da təsirsiz ötüşmür.
Yenicag.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, avtomobil bazarları üzrə araşdırmaçı Sərxan Qədirov deyib ki, həm Avropadan sifarişlə gətirilən, həm də daxili bazarda satılan ikinci əl nəqliyyat vasitələrinin qiyməti xeyli artıb.
Onun sözlərinə görə, bahalaşma həmçinin hibrid və elektromobillərdə də özünü göstərir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, ikinci əl nəqliyyat vasitələrinin qiymətinin artması həmin maşınların istehsalının azalması ilə bağlıdır.
www.yenicag.az