Reklam: High Technic
hightechnic

"Deyirdilər, bu stadion heç vaxt dolmayacaq" - İlham Əliyev

Reklam: Sinerji Pro

“Əlbəttə, bizim futbolçularımız – hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 18-də 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimində çıxışı zamanı deyib.

“Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ”ın oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”, – deyə, dövlət başçısı bildirib.

“Əlbəttə, bizim futbolçularımız – hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib”.

 

www.yenicag.az

3119