!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Azərbaycan prezidentinin humanistliyinin bariz nümunəsidir" - Adil Əliyev

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalamaqla 431 ailəyə bayram sevinci bəxş etdi.

Yenicag.az-a açıqlama verən millət vəkili Adil Əliyev dövlət başçısının imzaladığı sərəncamı şərh edib.

Milli Məclisin üzvü bildirib ki, bu, Azərbaycan prezidentinin humanistliyinin bariz nümunəsidir:

“Novruz bayramı ərəfəsində cənab prezident İlham Əliyevin 431 məhbusa şamil olunan əfv sərəncamı imzalaması 10 mindən çox vətəndaşımızın sevincinə səbəb oldu. Bu, ölkəmizdə hüquqi bərabərliyin, dövlət başçımızın humanistliyinin bariz nümunəsidir. Çox sevindirici haldır ki, həmin siyahıya müxtəlif təbəqədən olan insanlar daxil edilib. Hesab edirəm ki, bu, davamlı şəkildə həyata keçirilən siyasətdir. Buna ancaq sevinmək, alqışlamaq olar. İnsanları bir daha dəmir barmaqlıqlar arxasına düşməməyə çağırırıq. Nəticədə özləri, yaxınları əziyyət çəkirlər”.

Emin Səfərov

COP29

www.yenicag.az

10979
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv