Bu bəlaya düşənlərin sayı 169-a çatdı

media-hightechnic-468x90

2acb00853279d5bcb16d9f428fd64727İyunun 20-də Сənubi Koreyada daha 3 nəfər MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusuna yoluxub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, beləliklə ölümcül xəstəliyə yoluxanların sayı 169 nəfərə çatıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 166 nəfərin isə virusa yoluxduğu bildirilirdi. Qeyd edək ki, dünyada MERS koronovirusuna qarşı vaksin hələ ki, mövcud deyil.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2015-ci il, iyunun 16-a olan məlumatlara görə dünyada 1321 MERS koronovirusuna yoluxma halı qeydə alınıb, 450 nəfər xəstəlikdən dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600