“Bu ədalətsizliyə son qoyun” – “Maşın Şou”da Aysellə Ramil Nabran qarşıdurmasının sonu – VİDEO

“Maşın Şou”da səsverməyə çıxarılan aparıcı və aktrisa Aysel Nazim hədəfinin kim olduğunu açıqlamasa da, kişi iştirakçılardan birini şoudan uzaqlaşdıracağını bildirib.

Yenicag.az xəbər verir ki, o, qadın iştirakçılara toxunmayacağını elan edib, lakin xanımlar ona inamadıqlarını deyib. Bəziləri hətta onun getməsi üçün səs istəyiblər.

Şounun sonuna yarımsaat qalmış Aysel hədəfinin reper Ramil Nabran olduğunu açıqlayıb. Ramil “bu ədalətsizliyə son qoyun” deyərək özünə səs istəyib.

Bu da təsirsiz ötüşməyib. Şounun əvvəlində səs çoxluğu qazanan Aysel üçün sonda “maşın əldən gedib”.

Həmin görüntüləri təqdim edirik:

Cəvahir

COP29