Bu ərazilərdə işıq olmayacaq
Xaçmaz rayonunun Xudat şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yenicag xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.












