Bu əşyaların son istifadə tarixini bilirsiniz? – SİYAHI

media-hightechnic-468x90

Elə əşyalar var ki, mütəmadi olaraq onlardan istifadə edirik. Lakin istifadə müddətlərini nəzərə almırıq. Halbuki əşyaşların da ömrü var. Son istifadə tarixini bilmədiyiniz əşyalarla sizi tanış edirik.

media-banner_tuq

Əgər hələ də onları istifadə edirsinizsə, ya tullayın, ya da yenisi ilə əvəz edin.

Fırça daraq
Fırça daraqlarınızı həftədə bir dəfə təmizləyin, ildə bir dəfə isə dəyişdirin.

“Traynik”
1-2 il istifadə müddəti var. Xüsusən də çoxgözlü “trayniklərin” də gücünün bitdiyi vaxt var. Əgər həmin müddəti keçsəniz, problemlər yarana bilər.

Duş sürtgəci
Hamamda çimən zaman istifadə etdiyiniz, duş sürtgəci 6 aydan sonra dəyişdirilməlidir. Lakin onların ömrünü uzatmaq istəyirsinizsə, mütəmadi olaraq qaynadın. Bakteriyaları bu formada öldürə bilərsiniz.

Ətir
Təbii yağ tərkibli ətirlər qapalı formada mühafizə edildikdə 3 il, açıq saxlandıqda 2 ilə qədər qala bilər.

Dəsmallar
1-3 il arası müddətdə yeniləmək lazımdır. Bakteriya yığmaq qabiliyyəti çox olan nəm dəsmalları yumaq lazımdır.

Yastıq
2-3 ildən sonra yastıqlar dəyişdirilməlidir. Yastıqlar evdəki tozu özünə hopdurur. Müəyyən müddətdən sonra formaları dəyişdiyi üçün boynu da ağrıda bilər.

Diş fırçası
3 aya qədər istifadə müddəti var. Diş fırçalarını sadəcə köhnəldikdə deyil, qrip və soyuqdəymə problemi yaşadığınız vaxtdan sonra dəyişdirməlisiniz. Əks təqdirdə yenidən xəstələnə bilərsiniz.

Ev çəkməsi
6 ay istifadə müddəti var. Göbələk infeksiyasının yayılması üçün olduqca əıverişli olan ev çəkmələri mümkün olduqca tez-tez yuyulmalıdır.

Ədviyyatlar
1-3 il arası istifadə müddəti var. Ədviyyatlar vaxt keçdikcə dadını və qoxusunu itirir.

İdman ayaqqabıları
1 il istifadə müddəti var. 6 km-ə qədər qaçdıqdan sonra ayaqqabılar köhnəlməyə və xarab olmağa başlayır. Bu da ayaqlarınızın daha çox yorulmasına gətirib çıxarır.

Dezinfeksiyaedici məhsullar
3 aydan sonra təsirini itirir.

Un
İstifadə müddəti 6-12 aydır. Yüksək keyfiyyətli unun 1 il, adi unun 6 ay ömrü var.

Əmzik
2-5 həftə istifadə müddəti var. Asanlıqla mikroba yoluxur. Ona görə də ən azı 5 həftədən sonra dəyişin.

Həşərat qovan lasyon və spreylər
2 ilə qədər istifadə edilə bilər. Sonra təsiri olmur.

Yanığnsöndürən
Lazımlı qulluq və yoxlamalar edildikdə 15 il ömrü var.(lent.az)

 

 

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05