“Bu forumun keçirilməsi Azərbaycan gənclərinin,…”

media-hightechnic-468x90

07f2aa2926f7ad21beab7351035e4a6f“Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

Bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov  bildirib ki, bu tədbir 1998-ci ildə idman və gənclər sahəsində dövlət siyasətini yürüdən nazirlərin toplantısından sonra keçirilməyə başlanıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatları, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının rəhbərləri, akademik dairələr, QHT-lər iştirak edir: “Bu forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq və yekun sənəd qəbul olunacaq. Bu forumun Bakıda keçirilməsi 20 ildə Azərbaycanda həyata keçirilən davamlı və effektli gənclər siyasətinə verilən qiymətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti bu gün də davam edir. Gənclər siyasətinin həyata keçirilməsinə nəinki dövlət strukturları cəlb olunub, o cümlədən gənclərin özləri də bu siyasətin formalaşmasında iştirak edirlər”.

PA rəsmisi xatırladıb ki, Azərbaycan dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin və ərazisinin sayına görə sonuncu 50 dövlət sırasındadır: “Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət yürüdülməsidir. Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək. Azərbaycanda gənclər siyasətinin formalaşmasında mühüm amilə çevriləcək”.

Forumdan gözləntilərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyələr forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESKO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, qlobal gənclər siyasətinin formalaşmasında da bu tövsiyələrdən istifadə olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600