Azərbaycanın hüquq-mühafizə orqanları 23 yaşlı oğlanı beynəlxalq axtarışa verib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Ramiz Məmmədov dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda R. Məmmədovun tutulması istiqamətində tədbirlər davam etdirilir(APA).