Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
Səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.
Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.
***
09:48
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.
Yenicag.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti və vitse-prezidentləri seçiləcək.
Yığıncaqda, həmçinin AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək, bundan əlavə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.
AMEA-nın hazırki prezidenti Akif Əlizadənin yenidən rəhbər seçilmə ehtimalı yüksək qiymətləndirilir.
www.yenicag.az