!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu gün aprel döyüşlərindən danışıb, Kəlbəcəri yada salmasaq...” – Tərlan Eyvazov

!Reklam – Yazi

“İşğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi əsəs düşüncəmiz olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında aprel döyüşlərinin növbəti ildönümünü dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, aprel döyüşlərində qələbə qazanılsa da, Azərbaycanın ərazi bütövlüyü hələ bərpa olunmayıb:

“Aprel döyüşlərinin baş verdiyi günlər həm də Kəlbəcərin işğal edildiyi tarixlə üst-üstə düşür. Kəlbəcər rayonunun işğalından sonra BMT-nin məlum qətnaməsi qəbul olunsa da, təəssüf ki, torpaqların işğaldan azad edilməsinə hələ nail ola bilməmişik. Bu gün yalnız aprel döyüşlərindən danışıb, Kəlbəcəri yada salmamaq doğru olmaz.

Amma aprel döyüşləri bütün hallarda Ordu, millət, xalq, dövlət olaraq, birgəliyimizin uğurlu nəticəsinin göstəricisidir. Bu gün pafosla danışıb yaxamızı orden-medalla bəzəməli deyilik. İşğal altındakı rayonlarımızın tezliklə azad edilməsi əsəs düşüncəmiz olmalıdır”.

Hərbi ekspert aprel döyüşlərinin müəyyən uğurlarının olduğunu vurğulayaraq, o döyüşlərin nəticəsini ifrat dərəcədə şişirtməyin əleyhinə olduğunu deyib:

“Nəticəyə baxdıqda, işğal olunmuş ərazilərin kiçik bir hissəsini azad etmişik. Bunu çox böyük qələbə kimi şişirtməyimiz doğru deyil, görəcək işlərimiz hələ çoxdur.

Biz qələbəni o zaman əldə edəcəyik ki, işğal altındakı bütün torpaqlarımızda bayrağımız dalğalansın. Bunun hansı yolla olacağının fərqi yoxdur.

Birinci növbədə aprel şəhidlərimizi yad etməliyik. Aprel döyüşlərini yenidən təkrarlayıb, düşməni torpaqlarımızdan tamamilə çıxarmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv