!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır

!Reklam – Yazi

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır.

Yenicag.az-ın məlumatına görə, Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü iki gün – bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, 21-22 oktyabr tarixlərində iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü baş tutub. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə ediblər. Hərəkata üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Həmçinin, oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti baş tutub.

Xatırladaq ki, Hərəkat 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.

COP29

www.yenicag.az

6673
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv