Bu gün kompüterlərinizi 5 dəqiqəlik söndürün

media-hightechnic-468x90

48796_bmc0qwyavzBu gün saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsi baş tutacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bununla bağlı xəbərdarlıq edib.

Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

“Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb. Kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir.

Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb, öz fəaliyyətini dayandıra bilərlər”- deyə məlumatda vurğulanıb.

Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600