Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün Muhsin Yazıçıoğlunun şəhadətinin ildönümüdür

 

muhsin-yazicioglu-resimli-sozleri-2Türk Dünyasının dəyərli övladlarından Muhsin Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alanMuhsin Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir.

Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulanMuhsin Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977-1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Muhsin Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Muhsin Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Muhsin Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb. 80-ci illərdə Abdullah Çatlı haqqında qiyabi həbs qərarı verildikdən sonra “Ankaranın hər yerində bomba partladarıq” bəyanatı verən Yazıçıoğlu Çatlı haqqında məhkəmə hökmünün dəyişdirilməsinə nail olmağı bacarıb.

 

1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra o “MHP və Ülkücü Qurumlar” cinayət işi ilə əlaqədar həbs olunur və ömrünün 7,5 ilini həbsxanada keçirir. Həbsxanadan çıxdıqdan sonra hərbi çevriliş dövründə cəzaya məhkum olunmuş ülkücülərə və onların ailə üzvlərinə yardım göstərmək məqsədilə Sosial Təhlükəsizlik və Təhsil Dərnəyi yaradan Muhsin Yazıçıoğlu 1987-ci ildə Milliyyətçi Hərəkat Partiyasına qoşularaq siyasi fəaliyyətini bərpa edir. Partiyanın baş katibinin müavini vəzifəsində çalışan Yazıçıoğlu 1991-ci ildə Sivasdan millət vəkili seçilir. 1992-ci ildə isə partiya sədri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı Muhsin Yazıçıoğlunun MHP-dən istefa verməsi ilə nəticələnir. O milliyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə 1993-cü ildə Böyük Birlik Partiyasını təsis edir və partiyanın ilk qurultayında sədr seçilir. 1995-ci ildə ANAP-BBP ittifaqının siyahısı üzrə Sivasdan millət vəkili seçilənMuhsin Yazıçıoğlu bir il sonra ANAP-dan ayrılır və yenidən öz partiyasına qayıdır. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkilərə partiya olaraq qatılmadığından, Muhsin Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılır və yenidən millət vəkili seçilir. O, 2007-ci ildə BBP sıralarına qayıdır və 3-cü növbədənkənar qurultayda partiyanın sədri seçilir.

M.Yazıçıoğlu 2009-cu il mart ayının 25-də Qəhrəman Maraş şəhərindən Yozqat şəhərinə yollanarkən vertolyot qəzasında həyatını itirir. Məhz bu son qəza onun həyatı boyu üzləşdiyi 18-ci yol qəzası idi.

Məkanı cənnət olsun!

www.yenicag.az

516