“Bu hadisələr yoluxucu xəstəlik kimi artacaq” - Psixoloqdan məktəblərlə bağlı HƏYƏCAN SİQNALI

media-hightechnic-468x90

“Təhsil ocaqlarında bu monitorinqlər keçirilməsə, belə hadisələr yoluxucu xəstəlik kimi artacaq”.

Bu iddianı Yenicag.az-a açıqlamasında tanınmış psixoloq Vəfa Əkbər bildirib.

media-whatsapp-image-2026-02-06-at-15-06-10

Psixoloq məktəbdə şagirdin müəllimini güllələməsi hadisəsinə münasibət bildirərək, təhsil ocaqlarına ciddi xəbərdarlıq edib:

“Bu baş verənlər sadəcə fərdin anlıq reaksiyası deyil; yeniyetmə psixologiyası, sosial mühit və təhsil sistemindəki boşluqların kəsişməsində yaranan bir kompleks böhrandır. Bu səviyyədə aqressiya uşaqda anidən yaranmır, uzunmüddətli psixoloji gərginliyin partlayışıdır. 14-16 yaşlı uşaqların beynindəki məntiqi qərarvermə mərkəzi hələ tam formalaşmayıb. Ona görə də bu yaşda gərginlik, aşağılanma və bullinq (sıxışdırılma) uşağın özünüqoruma instinktini aktivləşdirir. Özünü gücsüz hiss edən şagird mütləq “güc” əldə etməli olduğunu düşünür.

Bu mövzu çox ciddidir və dərindən araşdırılmalıdır. Uşağın psixoloji vəziyyəti, sinifdəki rolu, müəllimlərinin rəyi, bullinqə və ya ailə zorakılığına məruz qalıb-qalmaması, ən əsası isə o silahı necə əldə etməsi mütləq araşdırılmalıdır. Əks təqdirdə, ‘güclənmək’ istəyən digər şagirdlər bu hadisəni özlərinə nümunə götürəcəklər”.

V. Əkbər qeyd edir ki, faciələrin qarşısının alınması üçün təhsil ocaqlarında mütləq monitorinqlər keçirilməlidir. Psixoloq vacib məqamları belə sıralayır:

“Bu hadisə təkcə hüquqi boşluq deyil, həm də cəmiyyətin psixoloji sağlamlığının, təhsil mühitinin nə qədər yararsız olduğunun sübutudur. Təhsil ocaqlarında uşaqların emosional vəziyyəti davamlı nəzarətdə saxlanılmalıdır. Şagirdin özünə qapanması, dərslərdəki zəifliyi, qayda-qanunları davamlı pozması, aqressiv davranışı, həmyaşıdları və böyüklərlə münasibəti ciddi araşdırılmalıdır. Əks təqdirdə, bu proses daha böyük faciələrə yol açacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05