Bu halda Rusiya bazası Ermənistandan çıxarıla bilər

media-hightechnic-468x90

Əgər hakim partiya qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiyanın 102-ci hərbi bazası və Rusiya sərhəd xidmətinin bölmələri Ermənistandan çıxarıla bilər. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu siyasi ekspert Armen Badalyan deyib.

Onun fikrincə, ölkədə Rusiya hərbi və iqtisadi strukturlarının olması mövcud siyasi kursun məntiqinə ziddir: “Qlobalist məkanda Rusiyanın hərbi-iqtisadi mövcudluğu ola bilməz. Bu səbəbdən “Elseti Ermənistan” milliləşdirilib və “Qazprom” da Ermənistan bazarını tərk edəcək. Hətta artıq ərzaq tədarükü də yönləndirilir – Qazaxıstandan taxıl idxal olunmağa başlayıb”.

Badalyan hesab edir ki, Rusiyanı regiondan sıxışdırmaq üçün addımlar atılan indiki şəraitdə Moskva birbaşa və ya dolayısı ilə müxalifət qüvvələrinin müttəfiqi kimi görünə bilər./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05