Bu həftə nə baş verdi? – İcmal

media-hightechnic-468x90

HAFTA_YENİCAG

 

İyulun 6-da Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycandan yola düşəcək zəvvarların səfəri sentyabrın 11-dən başlayacaq.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizmin inkişafı üzrə dövlət katibi Matias Fekla ilə görüşü zamanı Fransanın bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bir neçə şəhəri arasında “Dostluq və qardaşlaşma Xartiya”sının imzalanmasına etirazını bildirib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda yanğın və partlayış baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb. Hadisə qısaqapanma nəticəsində baş verib.

İyulun 7-də erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasına rəsmi səfərdə olub.

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələr və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul olundu.

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edildi.

Prezident İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İyulun 8-də Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib. Millət vəkili Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.

Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib.

İyulun 9-da Xəzər dənizində saat 00:27-də zəlzələ qeydə alınıb. Maqnitudası 3 bal olan təkanlar 30 km dərinlikdə qeydə alınıb.

Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib.

“Qəbələ” futbol klubu ilə Dinamo Tiflis arasında Qəbələ şəhərində baş tutan futbol oyununda yerli azarkeşlər Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. İnsident zamanı habelə Gürcüstan bayrağını da yandırıblar.

“Milan Expo 2015” Ümümdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İyulun 10-da İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında bir qrup dindar “Qüds günü” münasibətilə aksiya keçirməyə cəhd edib. Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib.

Rusiya Prezidenti Vladimir Putinin dedihyinə görə  Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacaq.

Mərkəzi Bankın İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi barədə qərar qəbul etdi.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600