“Bu ikisinin bir yerdə olması qeyri-mümkündür”
İsrail Həmas ilə Fəthin razılaşmasından bir gün sonra Fələstin ilə sülh danışıqlarını təxirə salıb.
İsrail Baş naziri Bünyamin Netanyahu bu gün verdiyi açıqlamada Fəth Hərəkatı ilə danışıqları təxirə saldıqlarını bildirib.
Açıqlama Həmas ilə Fəthin “tək rəhbərlik” mövzusunda müqavilələrindən bir gün sonra edilib. Netanyahu bildirilib ki, Fəth Hərəkatının başçısı Mahmud Abbas artıq qərar verməlidir:
“Həmas ilə uzlaşmaq, yoxsa İsrail ilə sülh? Bu ikisinin bir yerdə olması qeyri-mümkündür”.
Digər tərəfdən Fəth Hərəkatının rəsmilərindən Şaiq Arakat İsrailin bu hərəkətinə qarşı reaksiya verib. O, İsrailin yəhudiləri Fələstinə yerləşdirərək özünü iflasa uğratdığını bildirib(axar.az).