Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı

media-hightechnic-468x90

Bu il Azərbaycanda 272 nəfər qidadan zəhərlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: “Eyni zamanda 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib. Araşdırma nəticəsində mətbuatda bildirilən halların cəmi 20 %-ə qədərinin zəhərlənmə faktı olduğu təsdiqlənib. Yəni 272 nəfər qida zəhərlənməsinə məruz qalıb”, – agentlik sədri deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600