Turizm Agentliyi bloqerlərə 753 min xərcləyəcək
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) yeni tender elan edib.
Yenicag.az xəbər verir ki, dövlət qurumu Türkiyədən jurnalistlər, bloqerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili və müxtəlif ölkələrin iştiraki ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alınmasını realllaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, Agentlik bu məqsədlə 753 min 623 manat xərcləməyə hazır olduğunu açıqlayıb. Tenderin qalibi isə fevralın 13-də məlum olacaq.
Qeyd edək ki, DTA bu tip tenderləri il boyu reallaşdırır. Dünyanın dörd bir tərəfində keçirilən tədbirlərə isə milyonlarla manat xərclənir. Lakin bütün bunlara rəğmən, ölkədə turistlərin sayında hər hansı ciddi artım müşahidə edilmir. Rəsmi statistika da bu ciddi fərq görünmür.
Bu əsnada, onu da bilədirək ki, DTA-nin bu tip tenderlərini qalibi əsasən “VEGA TRAVEL MANAGEMENT” MMC olur./editor/












