Qızılın qiyməti 5 min dolları ötdü – İlk dəfə

media-hightechnic-468x90

Qlobal əmtəə bazarlarında qızıl yeni tarixi rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, qiymətli metal ilk dəfə olaraq 5 min dollar həddini aşaraq rekord səviyyəyə yüksəlib.

Belə ki, COMEX birjasında aprel fyuçersləri üzrə qızılın bir troya unsiyasının qiyməti 5020 dollara çatıb.

Qeyd edək ki, dünən fevral ayı üzrə qızıl fyuçerslərinin qiymətləri ilk dəfə bir troya unsiyası üçün 4958 ABŞ dolları ötmüşdü.

Xatırladaq ki, bir neçə gün əvvəl qızılın unsiyası 4699,15 dollar səviyyəsinə qalxmışdı. Bu, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda baş vermişdi. Belə ki, ABŞ-Aİ ticarət müharibəsi riski və qlobal bazarlarda qeyri-müəyyənlik, təhlükəsiz sığınacaqlara artan tələbat fonunda qızılın qiymətində yeni rekord qeydə alınmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa