!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il dövlət işçilərinə 732 min zərərverici tərkibli elektron poçt göndərişinin qarşısı alınıb

!Reklam – Yazi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilin üçüncü rübü ərzində xüsusi mühafizə avadanlıqları vasitəsilə dövlət qurumlarının əməkdaşlarını hədəfləyən zərərverici tərkibli 732 min elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısını alıb.

Dövlət Xidmətindən Yenicag.az-a bildiriblər ki, “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarını informasiya təhlükəsizliyinə nəzarət olunan elektron poçt xidməti ilə təmin edir.

Xüsusi mühafizə olunan avadanlıqlarla təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir. Sistem üzərindən üçüncü rüb ərzində ümumilikdə 7 milyon 230 min elektron poçt emal edilib. Onlardan 6 milyon 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv