!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu ildən etibarən kirayə mənzillərin qiyməti enəcək”

!Reklam – Yazi

Ölkədə kirayə evlərin qiymətində artım müşahidə olunur. Artım əsasən də paytaxt Bakıda daha çox hiss olunur. Ekspertlər bunu tikinti layihələrinin intensivləşməsi ilə bağlı rayonlardan paytaxta axının güclənməsi ilə əlaqələndirirlər. Həmçinin ali təhsil ocaqlarının əksəriyyətinin Bakıda olması da qiymətlərə təsirsiz ötüşmür. Paytaxtın bir çox yerlərində söküntü işlərinin aparılması və kirayədə olan evlərin 50%-nin tələbələrdə olması məsələyə birbaşa təsir edir. Ekspertlər onu da əlavə ediblər ki, bölgələrdə yeni iş yerləri açılsa, bu axının qarşısını nisbətən alacaq və kirayə mənzil bazarında da qiymətlər normaya düşəcək.

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə əlaqədar İqtisadiyyat.az-a münasibət bildirib:

“Kirayə mənzil bazarında qiymətlərin qalxmasının əsas səbəbi bu sahədə qoyulan tələbnən bağlıdır. Qiymət artımı prosesi bir növ ardıcıl xarakter daşımaqdadır. Yəni, biz ilbəil qiymətlərin artımının şahidi oluruq. Buna da səbəb ölkədə mənzil bazarında əlçatanlığa mövcud olan məhdudiyyətlərdir. Biz gələcəkdə də kirayə evlərin qiymətlərinin artmasını müşahidə edə biləcəyik. Bu artımlar bütün ölkələrdə müxtəlif səbəblərlə baş verir və Azərbaycanda da olması təbiidir. Bu da rayonlardan gələn axınla bağlıdır. Bundan əlavə, ölkədə insanların mənzilə sahib olmaq prosesində mövcud məhdudiyyətlər də qiymət artımına yüksək təsir edir. Bu səbəbdən məsələn, Türkiyənin özündə İstanbul, Ankara şəhərlərində əhalinin əsas hissəsi kirayə evlərdə qalır. Sırf bu kimi hallara görə, kirayə bazarında qiymət artımını qarşısıalınmaz proses hesab etmək olar. Dövlət əhalinin şəxsi mülkə sahib olması üçün sosial mənzillər tikir, əlçatanlığı “yumşaltmağa” çalışır. Bu da təbii ki, kirayə qiymətlərinin azalmasına yönəldilib və öz təsirini də göstərir”.

Daşınmaz əmlak üzrə ekspert, Anar Nəsirov kirayə bazarındakı qiymət artımını bu cür xarakterizə etdi:

“Qiymət artımı kirayənin bütün sahələrinə müşahidə olunmur. Bakıda sökülən evlərdə yaşayanları müvəqqəti məskunlaşdırmaq üçün hər ailəyə 250-400 manat miqdarında vəsait ayrılır. Onlar da bu məbləğə əsasən sovet vaxtında olan tikililərdən—5 və 9 mərtəbələrdən ev tapmağa çalışırlar. Kirayə bazarında ən çox tələbat məhz bu evlərədir. Həmin evlər bazarda azlıq təşkil edir və qiymət artımının birinci səbəbi kimi bunu görürəm. İkinci səbəb kimi sökülən evlərin əksəriyyətinin əvvəlcədən kirayədə olması və onların sökülməsi ilə 25-30% kirayəlik evlərin bazardan çıxarılmasındadır. Bu da 1-2 otaqlı evlərə tələbatı artırdı. Bu hal, əsasən də Azadlıq prospekti, Nərimanov, Nizami metrosunun yaxınlığında olan mənzillərdə qeydə alınır. İkinci səbəb kimi də məhz 30% kirayəlik mənzilin sıradan çıxmasında görürəm. Digər tərəfdən qeyd etmək lazımdır ki, 450-500 manata olan evlərdə kirayə haqqı artıbsa, 800-900 manata olan evlərdə azalma hiss olunur. O ki qaldı qiymət artımının qarşısının necə alınmasına bunun qarşısın fövqəladə almaq mümkün deyil. Məsələn, dövlət tələbələr üçün yataqxanalar tikir. Bunlardan biri Bakıxanov küçəsi yaxınlığındadır və yekunlaşmaq üzrədir. Bu zaman çoxlu sayda tələbə yerləşdiyi kirayə evlərdən çıxacaq və həmin evlər kirayə bazarına daxil olacaq. Bu da qiymətlərin azalmasına yüksək dərəcədə müsbət təsir göstərəcək. Əsas təsir isə, pilot layihələrin bitməsi ilə bağlı olacaq ki, bu da heç bir əlavə tədbir görmədən kirayə qiymətlərini azaldacaq. Sökülən ev sahibləri bu layihələrdə tikilən evlərdə məskunlaşdıqdan sonra onlar kirayədə qaldığı evlərdən çıxarılacaq. Bu baxımdan 2019-cu ili kirayə mənzil bazarında əlverişli il kimi hesab edirəm. Düşünürəm ki, bir neçə il əvvəl başladılan əksər layihələr bu il yekunlaşacaq və qiymətlərin kəskin azalması müşahidə olunacaq”.

www.yenicag.az

5106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv