Bu mağazalardan mal almayın
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlərini davam etdirir.
Nazirliyin yoxlamaları nəticəsində müxtəlif mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.
Həmin mağazaların siyahısını təqdim edirik:
Abşeron rayonunda
Məmmədli kəndində Zaməddin Göyüşova məxsus mağazada
Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində İman Əzizova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların
Bakının Səbail rayonunda
Badamdar qəsəbəsi, 115 ünvanında Tahir Ağayevə məxsus mağazada
Binəqədi rayonunda
9-cu mikrorayon, Mir Cəlal küçəsi, 119 ünvanında Elisa Hüseynovaya məxsus mağazada
Şabran rayonunda
Ağalıq kəndində Zahid Əsədova məxsus mağazada
Şirvan şəhərində
H.Z.Tağıyev küçəsində Etibar Sədiyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların
Bakının Binəqədi rayonunda
Ş.Məmmədova küçəsi, 7B ünvanında Nərminə Qurbanovaya məxsus mağazada
Abşeron rayonunda
Mehdiabad qəsəbəsində Baxşeyiş Behbudova məxsus mağazada
Gəncə şəhərində
Dədə Qorqud küçəsi, 29 ünvanında Vüqar Hüseynova məxsus mağazada
Şirvan şəhərində
1 May küçəsində Qismət Qafarova məxsus mağazada
H.Əliyev prospektində Rəhman Xəlilova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.