!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

!Reklam – Yazi

“Azərbaycan da itkin düşmüş şəxslərin problemini daim qaldırır. Ermənistan da bu məsələni qaldırır… Biz bu məsələdə də əməkdaşlığa hazırıq”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.

“2020-ci ilin 9 noyabr tarixli üçtərəfli bəyanatda Dağlıq Qarabağda (Qarabağ – red.) Rusiya sülhməramlılarının, eləcə də onlarn nəzarətində olan 5 km enində Laçın dəhlizinin olacağı nəzərdə tutulur. Amma nə Laçın dəhlizi var, nə də Rusiya sülhməramlıları.

Üçtərəfli bəyannamənin 9-cu bəndinə gəlincə, Ermənistan Respublikasının öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidini təşkil etməsi və onların təhlükəsizliyinə təminat verməsi nəzərdə tutulur. Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya Federasiyasının FSB sərhəd mühafizə xidmətinin orqanlarına gəldikdə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmur.

Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsi də üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi üçün yol xəritəsini dəqiq ifadə edir, onun çərçivəsində Azərbaycan tərəfinə təkliflər göndərmişik. Üçtərəfli bəyannamədə faktiki olaraq nəzərdə tutulan regionun bütün nəqliyyat və iqtisadi infrastrukturlarının blokdan çıxarılmasında maraqlı olmaqla, biz Azərbaycana təklif etmişik və blokun açılması prosesinə bir an əvvəl başlamağı təklif edirik”, – deyə məlumatda qeyd olunub.

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv