!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, nazirlər səviyyəsində həll ediləcək məsələ deyil" - İlham İsmayıl

!Reklam – Yazi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşündən sonra bir sıra razılıqlar əldə edilib. Bu razılaşmalar arasında jurnalistlərin qarşılıqlı səfəri, əsrlərin dəyişdirilməsi və kənd təsərrüfatı ilə məşğul olan əhaliyə atəşin açılmaması yer alıb.

Lakin dünən Ağdamın Çıraqlı kəndində ermənilər dinc əhaliyə, daha dəqiq desək, uşağa atəş açıblar. Xoşbəxtlikdən güllə uşağa dəyməyib.

Razılığın əldə edilməsindən sonra erməni tərəfinin elə bir addım atması onların sülhə hansı münasibət sərgilədiyini ortaya qoyur.

Xarici işlər nazirlərinin görüşündə əldə edilən razılıqlar və danışıqlar prosesi ilə bağlı keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlama verib.

İlham İsmayıl bildirib ki, danışıqlar çox primitiv aparılır:

“Qarabağ problemini əsaslandıran sənədlər var. Heç bir sənəd müzakirə olunmur. Dünən qondarma erməni soyqırımı abidəsini ziyarət edəndən sonra jurnalistlərə açıqlama verən Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan açıq şəkildə bildirdi ki, “Elmar Məmmədyarovla görüşümüz sıradan bir görüş idi, heç bir sənəd müzakirə olunmadı”. Humanitar məsələlərlə bağlı – jurnalistlərin qarşılıqlı səfəri, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə atəş açılmaması, əsirlərin dəyişdirilməsi kimi məsələlərlə bağlı nazirlərin görüşməsinə ehtiyac yoxdur. Bunun üçün Kaspirşik var. O, hər iki tərəflə danışıb, razılaşma əldə edə bilər. Bu tip məsələlərdən ötrü Parisdə, Vyanada, Moskvada nazirlərin görüşməsinə ehtiyac yoxdur. Erməni tərəfi daha bic və çevikdir. Məsələni qəsdlə uzadır. Dünən Ağdamın Çıraqlı kəndində uşağa atəş açılması göstərdi ki, bu razılıq boş şeydir. Bütün bu cür anlamsız razılaşmalar prosesi uzadır, ermənilərin məskunlaşmasına şərait yaradır. Jurnalistlərin qarşılıqlı səfəri, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə atəş açılmaması, əsirlərin dəyişdirilməsi kimi humanitar məsələlərlə əslində Qırmızı Xaç və digər beynəlxalq təşkilatlar məşğul olmalıdır. Bu, nazir səviyyəsində həll ediləsi məsələ deyil”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv