Bu ölkə ağcaqanad istehsalına başlayır
Braziliyanın San-Paulu əyalətinin Kampinas şəhərində həftədə 190 milyona qədər həşərat istehsal edə bilən dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki fəaliyyətə başlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, fabrikin tikintisi ölkədə dang qızdırması ilə mübarizə üzrə genişmiqyaslı proqramın bir hissəsidir.
1300 kvadratmetrlik obyekt zərərsiz “Wolbachia” bakteriyasına yoluxmuş “Aedes aegypti” ağcaqanadlarını yetişdirmək üçün istifadə olunur ki, bu da ağcaqanadların içərisində Deng virusunun çoxalmasına mane olur. Təbiətə buraxıldıqdan sonra bu ağcaqanadlar virusu insanlara ötürə bilmir və onların nəsilləri də bu qoruyucu xüsusiyyəti miras alırlar.