Bu ölkədə selfie çubuğu qadağan edildi
ABŞ-da selfie (özçəkim) çubuğu bəzi məkanlarda təhlükəsizlik səbəbindən qadağan edilib.
Selfie çubuğu Nyu York Müasir İncəsənət muzeyi (The Musaum of Modern Art), Los Anceles Qeti Mərkəzi (The Getty Center), Vaşinqton DC Simitşonin Hirşhorn Muzeyi və Heykəl Baxçası (Smithsonian s Hirshhorn Museum and Sculpture Garden) kimi bəzi muzeylərdə qadağan olunub. Muzeylərdən əlavə, bu qərar futbol sahələrinə də şamil olunub.
Qeyd edək ki, keçən il Cənubi Koreyada lisenziyasız selfie çubuğunun satışı qadağan edilib. Qadağanı pozanlara 27 min dollar pul ilə 3 il həbs cəzası verilir. Araşdırmalara görə, dünyada hər gün bir milyondan çox selfie çəkilir.