Bu ölkədə “Yandex”in fəaliyyəti dayandırıldı

media-hightechnic-468x90

Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi istifadəçi məlumatlarının Rusiya Federasiyasının FTX-ya ötürülməsi ilə bağlı məlumatlara görə, ölkədə “Yandex” saytının fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.

“2023-cü il avqustun 9-dan www.yandex.kz domen adının işi dayandırılıb”, – nazirlikdən bildirilib.

Agentlik əlavə edib ki, “Yandex” MMC-yə şirkətin istifadə etdiyi məlumatların emalı mərkəzlərinin yerləşdiyi yer və Qazaxıstan vətəndaşlarının şəxsi məlumatlarının mühafizəsi tədbirləri, habelə hansı prinsiplər əsasında həyata keçirildiyi barədə ətraflı məlumat vermək tələbi ilə sorğu göndərib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa