Bu ölkənin hava temperaturu 50 dərəcə olacaq: Dövlət müəssisələri bağlanacaq

media-hightechnic-468x90

İraqda havanın temperaturunun 50 dərəcə proqnozlaşdırılması ilə əlaqədar hakimiyyət 7 əyalətdə dövlət müəssisələrində işi dayandıracaq.

Yenicag.az xəbər verir ki, məlumatı İraq İnformasiya Agentliyi (INA) yayıb.

Bildirilib ki, İraqın cənubunda yerləşən Basti, Babil, Diyala, Nəcəf, Divaniya və Mutanna əyalətlərində avqustun 4-də əsas dövlət müəssisələri bağlanacaq.

Bu rejim tibb müəssisələrinə, təhlükəsizlik və kommunal xidmətlərə aid edilmir.

Qeyd edək ki, sinoptiklər İraqın cənub əyalətlərində havanın temperaturunun 50 dərəcə olacağını proqnozlaşdırıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa