"Avropa Birləşmiş Ştatları": Trampın silkələdiyi qoca qitə böhranla ÜZ-ÜZƏ

media-hightechnic-468x90

Transatlantik ittifaqa bağlı qalanlar bir az nostalji ilə yaşayanlardır. Amma köhnə Qərb, Brüsseldən gələn utopiyadan qat-qat yaxşıdır.

Yenicag.az xəbər verir ki, bu fikirlər Almaniyanın “Bild” nəşrinin analitiklərindən mark Feliks Serraoya məxsusdur.

Analitik son Davos forumundan gələn yaxşı xəbərlərdən birinin də Qərbin ölmədiyi xəbəri olduğunu bildirib:

“Pis xəbər isə budur: növbəti böhran yaxınlaşır və Avropa buna pis hazırlaşıb”.

Müəllif Donald Trampın Qrenlandiyanı hərbi yolla almaq hədəsini həyasızlıq adlandırıb, lakin bunun tipik Tramp olduğunu da diqqətə çatdırıb.

“Amerika prezidenti siyasəti, vaxtilə Nyu-Yorkda bağladığı sövdələşmələr kimi aparır. Əvvəlcə ifrat tələb. Sonra təhdid. Sonra danışıqlar. Çox vaxt sonunda ona kifayət edən bir kompromis ortaya çıxır. Qarşı tərəf isə rahat nəfəs alır: Hurra, ən pisini önlədik!”

Serrao Almaniyanın Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corciya Meloninin Qrenlandiya qalmaqalında tənqidi, amma sakit qalmalarının məqsədəuyğun olduğunu qeyd edib.

“Digərləri üçün isə Qərb sadəcə nostalji bir xəyaldır. “Avropa böyüməlidir”, – deyirlər. Hətta Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Davosda “yeni, müstəqil Avropa”dan heyranlıqla danışdı. Qulağa xoş gəlir. Amma bu, böyüklük xülyasıdır”, – Serrao vurğulayıb.

Onun fikrincə, Avropa İttifaqı illərlə deyil, onilliklərlə hələ bir “böyük güc” olmaqdan uzaqdır. Bu onun heç nəyə yaramadığı demək deyil. Onun ən mühüm nailiyyəti budur: Avropada sülhü təmin etmək:

“Ən böyük təhlükə Ağ Evdəki hiyləgər işbaz deyil. Ən böyük təhlükə Avropanın panikası ilə böyüklük xülyasının qarışığıdır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa