“Bu qadın mütləq ölməlidir, çünki o, ölkənin sirlərini ruslara sata bilər”-Fotolar
Heyvors ona deyib ki, bu qadın mütləq ölməlidir, çünki o, Kennedi ilə yanaşı Fidel Kastro ilə də yatır və ölkənin sirlərini ruslara sata bilər
ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində hospitalda yatan təqaüdçü MKİ əməkdaşı Norman Hoces sensasion açıqlamalar verib. O, etiraf edib ki, uzun illər MKİ-nin killeri olub və 1959-72-ci illər arasında 37 sifarişli qətl həyata keçirib.
Hoces MKİ-də 41 il işləyib və ölkənin təhlükəsizliyini təhdid edən şəxslərin (siyasətçi, alim, sənətçi, aktivlər) zərərsizləşdirilməsilə məşğul olub.
Keçmiş killer məşhur aktrisa Merilin Monronu qətlə yetridiyini də etriaf edib.
O deyib ki, həyata keçirdiyi qətl hadisələrinin hamısı parlaq şəkildə xatırlayır. Merilin Monronu qətlə yetirməsindən danışan Hoces bildirib ki, bu əmri ona mayor Cimmi Heyvors verib. Heyvors ona deyib ki, bu qadın mütləq ölməlidir, çünki o, Kennedi ilə yanaşı Fidel Kastro ilə də yatır və ölkənin sirlərini ruslara sata bilər.
Image result for Monro kennedi
Öldürdüyü adamların içində yeganə qadının M.Monro olduğunu bildirən killer deyib ki, 1962-ci il avqustun 5-də gecə saat 1-də Monronun yataq otağına daxil olub və onun damarına yüksək dozalı xloralqidrat nembutal (hər iki maddə narkoz üçündür) yeridib. Məşhur qadın bu maddələrin təsiri ilə ölüb.
Xoces etiraf edib ki, ona əmr verilblər ki, Monronun ölümü ya intihar kimi, ya da yüksək dozada narkotik maddə qəbulundan olmuş kimi görünməlidir.
Bu etiraflardan sonra Hocesin palatası FTB tərəfindən nəzarətə götürülüb və ona mətbuata açıqlama vermək qadağan edilib.
Hocesin adını çəkdiyi Cimmi Heyvorsun 2011-ci ildə infarktdan öldüyü məlum olub. Hoces özü isə beş nəfərlik killer qrupunun sonuncu sağ qalan üzvüdür(musavat).