!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Qazaxıstan dövlətinin rəsmi mövqeyinə uyğun gəlmir" - Səfirlik Erməni yalanlarına qarşı mübarizə aparır / FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın Qazaxıstandakı Səfirliyi yerli KİV-lər üçün brifinq keçirib

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələr, ölkəmizin mülki vətəndaşlarının qətlə yetirilməsi, ərazilərimizin Ermənistan tərəfindən raketlərlə vurulmasına dair yerli KİV nümayəndələri üçün brifinq keçirilib.

Yenicag.az xəbər verir ki, brifinqdə ölkənin 40-dan çox müxtəlif televiziya kanalları və informasiya agentliklərinin rəhbər şəxsləri və ya nümayəndələri, politoloq və ekspertlər iştirak edib.

Brifinqi təşkil etməkdə əsas məqsəd, Qazaxıstanın informasiya məkanında digər dövlətlərin, xüsusilə Rusiya KİV-nin təsiri altında yayılan təhrif olunmuş, dezinformasiya xarakterli məlumatların qarşısını almaq, yerli medianın, ictimai fikrin formalaşmasına istiqamət verə biləcək nüfuzlu şəxslərin, politoloq və mütəxəssilərin diqqətini bu məsələyə yönəltmək, onları bu məsələdə həssas davranmağa, Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə dəvət etmək olub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov son günlər Ermənistan-Azərbaycan sərhədində baş verənlər haqda ətraflı məlumat verib, Ermənistan silahlı qüvvələrinin Azərbaycandakı mülki obyektlərə hücumlar etdiyini, Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Göygöl, Xızı və Abşeron kimi cəbhə xəttindən kilometrlərlə uzaq şəhər və rayonların təcavüzkar ölkənin ərazisindən raket hücumlarına məruz qaldığını bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan ordusu öz vətəndaşlarının qorumaq üçün Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alıb və cavab zərbəsi ilə əks hücuma keçərək işğal olunmuş torpaqlarını azad etməyə başlayıb.

Səfir Qazaxıstan da daxil olmaqla, Azərbaycan tərəfinin heç bir xarici ölkənin hərbi köməyinə ehtiyacı olmadığını, bütün dövlətlərin, o cümlədən qardaş Qazaxıstanın beynəlxalq hüquq normalarından irəli gələn siyasi və mənəvi dəstəyini gözlədiyini diqqətə çatdırıb.

Diplomatın sözlərinə görə, təəssüf ki, bir çox hallarda fərqinə belə varmadan, yerli mətbuat, agentliklər münaqişədə maraqlı olan üçüncü ölkənin informasiya resurslarına, hətta heç bir ölkə tərəfindən tanınmayan separatçı rejimin qondarma qrumlarına istinadla yalan, təhrif olunmuş və dezinfromasiya xarakterli xəbərlər yaymaqdadırlar. Bu da Qazaxıstan dövlətinin rəsmi mövqeyinə uyğun gəlmir və beynəlxalq hüquq normalarının pozulmasıdır. Digər narahatedici məqam isə ondan ibarətdir ki, yerli medianın saxta informasiyalar yayması qardaş qazax xalqının fikirlərinin yanlış istiqamətləndirilməsinə və Azərbaycanla bağlı arzuolunmaz imicin formalaşmasına rəvac verə bilər. Bunların qarşısını alınması məqsədilə səfirlik tərəfindən xüsusi bəyanat hazırlanaraq bütün media qurumlarına göndərilib, eyni zamanda Qazaxıstanın yerli mediasının baş verənlərlə bağlı dəqiq və dolğun informasiya əldə etməsi üçün ölkəmizin müfaviq dövlət qurumlarının və əsas KİV-nin saytları təqdim edilib.

Tədbir zamanı videoproyektor vasitəsi ilə son günlərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimizdən Beynəlxalq Humanitar Hüququn normaları pozulmaqla Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, həmçinin münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı şəhərlərində yaşayan mülki şəxslərin və obyektlərin atəşə tutulması nəticəsində vətəndaşlarımızın həlak olması, xəsarət alması, habelə yaşayış evlərinin və mülki infrastrukturunun dağıdılması faktlarını özündə əks etdirən video və foto materiallar tədbir iştirakçılarına nümayiş etdirilib. Bundan başqa, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən, ermənilərin Qafqaza köçürülməsi faktlarını göstərən xəritələr, Ermənistandan azərbaycanlıların deportasiya ilə bağlı statistik məlumatlar vizual şəkildə təqdim olunub. Tədbir zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid ayrı-ayrı jurnal, broşürlər və digər sənədlər iştirakçılara paylanılıb.

Birfinq çərçivəsində səfir R.Məmmədov yerli jurnalistlərin və politoloqların suallarını cavablandırıb.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv