“Bu qətl Kremlə lazım deyildi”

media-hightechnic-468x90

tofiq abbasov009Dünən Rusiya müxalifətinin məşhur lideri Boris Nemtsov qətlə yetirilib. Onun qətlindən sonra Kreml Nemtsovun qətlinin sifariş olduğunu və ara qarışdırmağa xidmət etdiyini bildirmişdi.

Politoloq Tofiq Abbasov hesab edir ki, bu ölüm sırf siyasi gediş kimi həyata keçirilib. Əvvəlcədən mübaliğəsiz demək olar ki, rezonanslı qətl Kremlə qəti lazım deyildi. “Hadisənin arxasında duranlar Rusiyanın daxilində ictimai-siyasi gərginlik yaratmağa çalışan qüvvələrdir. Çox guman ki, bu insidentin ip ucları xaricə aparır.Tarixdə, müasir dönəmdə belə qətllər dəfələrlə olub və belə gedişlə hərəkət edənlər bir neçə dəfə müvəffəqiyyət qazanıblar.Xüsusi ilə qeyd etmək istəyirəm ki, rəngli inqilablar texnologiyalarında səs-kuylu qətlllərə geniş yer ayrılır. Bu anlamda 1983-cü ildə Filipində prezident Ferdinand Markos hakimiyyətdən xaric edilmişdi. Ölkədaxili gərginliyə müxalif siyasətçi Beniqno Akinonun müəmmalı ölümü olmuşdu. Həmin suiqəsdin izi tapılmadı, təkcə bəlli olan o idi, ki prezident Markos şəxsən müxalifinə icazə vermişdi ki, o mühacirətdən vətənə dönüb seçkilərdə iştrak etsin. Lakin hava limanında təyyarədən düşən kimi Akino bircə güllə ilə qətlə yetirilmişdi.Həmin ölümlə də Filipin alt-üst oldu sonra isə qanuni prezident Markos hakimiyyəti tərk etməli oldu. Odur ki, siyasi ölümlər hələ də istifadə edilir ki, bəzi qüvvələr öz məqsədlərinə çatsınlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600